Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üç Hollivud ulduzu bir araya gəldi

Üç Hollivud ulduzu bir araya gəldi

Tarix: 6 Yanvar 2022 13:38

Dünya şöhrətli aktyor Kianu Rivz ilk dəfə serialla tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, serialın prodüseri "Oskar" mükafatçısı Leonardo Di Kapriodur.

Ekran əsərinin ərsəyə gəlməsi üzərində Martin Skorseze kimi bir sıra məşhurların da çalışdığı bildirilib.

"Matrisa və "Con Uik" kimi franşizaları ilə tanınan Rivzin hazırda sözügedən serialda iştirakı üzrə danışıqlar apardığı qeyd olunub.

Seriala gəlincə, onun "Hulu"-nun sifarişilə Erik Larsonun 2003-cü ildə yazdığı "The Devil in The White City" (İblis Ağ Şəhərdə) kitabı əsasında çəkildiyi vurğulanıb. Serial 1893-cü il Beynəlxalq Çikaqo Sərgisində taleləri əbədi olaraq bir-birinə bağlanan iki kişinin, memar və silsilə qatilin həyat hekayəsindən bəhs edir.

Milli.Az


Etiketlər:  Üç Hollivud ulduzu bir araya gəldi


RƏYLƏR