Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan referendumla Rusiyaya birləşdirilsin - Dövlət Dumasının deputatından təklif

Qazaxıstan referendumla Rusiyaya birləşdirilsin - Dövlət Dumasının deputatından təklif

Tarix: 6 Yanvar 2022 16:10

Rusiya Dövlət Dumasının Dağıstandan olan deputatı Sultan Hamzayev qalmaqallı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Sonxeber.net xəbər verir ki, deputatın fikrinə görə, Mərkəzi Asiya rus torpağıdır. 

"Sosial şəbəkədə Qazaxıstanın Rusiyaya mümkün birləşməsi müzakirə edilir. Şəxsən mənim siyasətdən və vəzifədən asılı olmayaraq Rusiya Federasiyasının vətəndaşı kimi mövqeyim belədir ki, Qazaxıstanın tarixi vətəni - Rusiya ilə birləşməsi ilə bağlı Qazaxıstanda referendumun keçirilməsinin tərəfdarıyam. Qeyd edim ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev özü bütün bəyanatlarını rus dilində edir. Düşünürəm ki, bu, əsl demokratiyanın yaxşı təzahürü olacaq!", - deyə deputat bildirib.

Anar Əli


Etiketlər:  Qazaxıstan referendumla Rusiyaya birləşdirilsin Dövlət Dumasının deputatından təklif


RƏYLƏR