Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2022 18:18
Samur-Abşeron kanalının Saray qəsəbəsindən keçən hissəsində su azalıb, balıqlar ölüb və ətrafı üfunət bürüyüb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər deyirlər ki, pis qoxuya görə evlərin pəncərələrini aça bilmirlər.
Qeyd edək ki, sözügedən kanal "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhimdar Cəmiyyətinin balansındadır. Ərazi üzrə kanala cavabdeh Abşeron Suvarma Sistemləri İdarəsindən bildirildi ki, kanalının təmizlənməsi üçün su bir ay müddətinə dayandırılıb. Təmizlənmə işləri tədbirlər planına salınıb və sakinləri narahat edən problem qısa müddətdə həll ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: