Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan hara, sülhməramlı missiya hara?! - Tarixin bu ironiyasına erməni xalqı da gülür - VİDEO

Ermənistan hara, sülhməramlı missiya hara?! - Tarixin bu ironiyasına erməni xalqı da gülür - VİDEO

Tarix: 9 Yanvar 2022 12:24

Ermənistan vətəndaşı öz ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nəzdində Qazaxıstana sülhməramlı missiya göndərməsinə qəhqəhə çəkməklə reaksiya verir.

Əslində onun bu reaksiyasında kifayət qədər haqlı məqamlar var. Doğrudan da hansı ordudur Qazaxıstana göndərilən? Məğlub ordu? Əsgər və zabitlərinin fərariliyi dillərə dastan olan əzik və məğlub Ermənistan Qazaxıstana sülhməramlı missiya göndərməkdən danışır. Adama sual edərlər, ay Ermənistan, sənin döyüş meydanından qaçan əsgərin qoruyacaq Qazaxıstanda sülhü?

Sülh demişkən, Ermənistandan gedən hərbçilərə Qazaxıstanda kolxoz və bazarlara nəzarət etməyi həvalə ediblər. Əslində, elə bu da bir ironiyadır ki, məğlub ordunun məğlub əsgərinə məhz bazarı qorumaq tapşırılıb. Başqa hansı əhəmiyyətli bölgəni etibar etmək olar ki, onlara?!

Ermənistan xalqı da əsgərlərinin Qazaxıstana göndərilməsindən narahatdır. Hətta sadə ermənilər sosial şəbəkələrdə İkinci Qarabağ müharibəsinə işarə edərək, erməni hərbçilərin bu dəfə Qazaxıstanda əsir düşəcəklərini və biabır olacaqlarını yazırlar. Paytaxt İrəvan sakinləri isə ümumiyyətlə Ermənistanın başqa bir ölkəyə sülhməramlı göndərməsinin anlaşılmaz olduğunu düşünürlər.

Mövcud olduğu ilk andan siyasəti və məqsədi işğal etmək, özlərinə aid olmayan yerlərə soxulmaq, oğurlamaq olan Ermənistan görünür işğalçılıq missiyasını bu dəfə "sülhməramlı" adı altında həyata keçirmək istəyir. Ancaq ki, nə fayda?! Tarix silinmir, fakt isə faktlığında qalır. Atalar yaxşı deyib: "utanmasan oynamağa nə var ki?!" Qazaxıstanın qapısı açıq olsa da, gərək Ermənistanın da bir az abır-həyası olaydı.

Sonxeber.net Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Ermənistan hara sülhməramlı missiya hara Tarixin ironiyasına erməni xalqı gülür VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ