Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2022 14:02
Sabunçu rayonunda 2 yaşlı M.Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə Cinayət İşi başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a veriləm məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nigahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər. İstintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.