Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaxın gələcəkdə bir çox həkimləri texnologiyalar əvəz edəcək

Yaxın gələcəkdə bir çox həkimləri texnologiyalar əvəz edəcək

Tarix: 12 Yanvar 2022 23:56

Yaxın gələcəkdə süni zəka texnologiyalarının tətbiqilə yox olacağı gözlənilən peşələr müəyyənləşdirilib.

Sonxeber.net xəbər verir ki, İsveç Təhsil Siyasəti İnstitutu (IFAU) tərəfindən aparılmış müvafiq tədqiqatlar nəticəsində texnologiyaların inkişafı nəticəsində bir çox peşələrin tarixə qovuşacağı üzə çıxıb.

Danderud Universiteti Xəstəxanasının ortoped cərrahı Maks Qordonun fikrincə, bəzi həkim ixtisasları da ortadan qalxacaq. Belə ki, indidən sınıqlar süni zəka ilə təyin olunursa, gələcəkdə müalicə təyini, həmçinin təcili yardım, ginekologiya kimi sahələrdə süni zəka tətbiq olunacaq.

Bununla yanaşı, mühasib, operator, fotomodel, dəzgah operatoru, satıcı, kassir, xadimə və s. işlərin də süni zəkanın ixtiyarına keçəcəyi bildirilir. /medicina.az


Etiketlər:  Yaxın gələcəkdə çox həkimləri texnologiyalar əvəz edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ