Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2022 07:42
Bəzi məhsulların çoxlu miqdarda istehlakı görməyə mənfi təsir edir.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, həkim-diyetoloq Yekaterina Burlyayeva bu məhsulların adlarını açıqlayıb.
Diyetoloqun sözlərinə görə, bu ilk növbədə ağ çörəyə aiddir. Ağ çörəyin qlisemik indeksi çox yüksəkdir və bu da mədəaltı vəzi yükləyir. Vəz daha çox insulin ifraz edir. İnsulinin qanda səviyyəsinin qalxması göz almasına çox mənfi təsir edir.
Qəhvə və spirtli içkilər də gözlərimiz üçün arzuolunan məhsullar deyil. Onlar qan damarlarının sıxılmasına və gözlərdə qan dövranının pozulmasına səbəb olur.
Tərkibində müxtəlif kimyəvi qatqılar olan hazır qidalar da göz sağlamlığı üçün ziyanlıdır. Bu məhsulların tərkibində olan konservant, dadlandırıcılar və s. maddələr bütün orqanizmə və o cümlədən gözlərə olduqca mənfi təsir göstərir.
Tez mənimsənilən karbohidratlar (un məmulatları, şirniyyatlar, ağ rafinə olunmuş düyü) qanda şəkərin və ardınca insulinin səviyyəsini qaldırır ki, bu da gözün torlu qişası üçün ziyanlıdır.
Duz növbəti ziyanlı məhsuldur. Duz orqanizmdə mayeni saxlayır və bu da gözdaxili təzyqin yüksəlməsinə səbəb ola bilər.