Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2022 17:56
"Rəqibimizin oyununu UEFA Çempionlar Liqasında və avrokuboklarda bir neçə dəfə görmüşəm".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Fransa "Marsel"inin futbolçusu Amin Arit klubun rəsmi saytına müsahibəsində UEFA Konfrans Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Qarabağ" haqqında danışarkən deyib.
25 yaşlı yarımmüdafiəçi avrokuboklarda mübarizə aparmağın heç vaxt asan olmadığını bildirib: "Bu komanda ac olacaq və bütün rəqiblərimiz kimi, yüz faiz gücünü ortaya qoyacaq. İlk matçı evdə keçirəcəyik. Cavab görüşünü asanlaşdırmaq üçün doğma meydanda güclü olmaq lazımdır".
Müqavilə ilə Almaniyanın "Şalke" klubuna məxsus olan mərakeşli oyunçu bildirib ki, bütün turnirlərdə hədəfləri titul qazanmaqdır: "Böyük və ya kiçik yarış yoxdur. Bəli, Çempionlar Liqası ən nüfuzlusudur. Amma yenə də biz Konfrans Liqasını qazanmaq istəyirik".
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.