Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təyyarə sürmək arzusunu yerinə yetirmək üçün kabinəyə soxudu və hər şeyi xarab etdi - VİDEO - FOTO

Təyyarə sürmək arzusunu yerinə yetirmək üçün kabinəyə soxudu və hər şeyi xarab etdi - VİDEO - FOTO

Tarix: 13 Yanvar 2022 18:06

Təyyarə sürmək arzusunu yerinə yetirmək üçün kabinəyə soxulan sərnişin idarəetmə sistemini tamam sıradan çıxarıb. Hadisə Hondurasda "American Airlines" sərnişin təyyarəsində qeydə alınıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, San Pedro Sula - Mayami reysi ilə uçan təyyarədə olan sərnişinlərdən biri enişdən sonra açıq kabinəyə girib və xaotik şəkildə rıçaqları çəkməyə, paneldəki düymələri basmağa başlayıb.

Kapitan davakar sərnişini dayandırmağa çalışıb, bundan sonra qanun pozucusu açıq pəncərədən tullanmaq istəyib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi həbs ediblər. Onun xəsarət alması barədə məlumat verilməyib.


Etiketlər:  Təyyarə sürmək arzusunu yerinə yetirmək üçün kabinəyə soxudu hər şeyi xarab etdi VİDEO FOTO


RƏYLƏR