Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2019 15:16
Braun Universitetinin alimləri tərəfindən qrafen oksid əsasında hazırlanmış geyim insanı ağcaqanadlardan tamamilə qoruyur. Həşəratlar insanı "hiss etmir".
“ICTnews” Elektron Xəbər Xidməti “tjournal.ru” saytına istinadən yazır ki, alimlər əvvəlcə insanı zəhərli kimyəvi preparatlardan qoruya bilən geyim üzərində işləyiblər. Amma məlum olub ki, qrafendən hazırlanmış parça, həmçinin insanı ağcaqanadlardan qoruyur.
Həmçinin həşəratların öz xortumu ilə qrafen geyimin ən nazik qatını deşə bilmədiyi məlum olub. Bundan başqa, parça hər iki istiqamətdə baryer rolunu oynayır: kimyəvi siqnalları buraxmır, nəticədə ağcaqanadlar insanı hiss etmir və ona yaxınlaşmırlar.
Lakin materialın çatışmazlığı da var: məlum olub ki, sözügedən geyim yalnız quru olduqda ağcaqanadlardan qoruyur. Belə ki, parça cüzi islanan kimi öz qoruyucu xüsusiyyətlərini itirib.
Braun Universitetinin alimlərinin yeni həlli sınaqlardan uğurla keçdiyi təqdirdə qlobal səhiyyə sisteminə müsbət təsir göstərə bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ağcaqanadlar hər il milyonlarla ölümə səbəb olur, çünki müxtəlif xəstəliklərin daşıyıcılarıdırlar.
Emil Hüseynov