Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2022 11:24
Azərbaycanlı rejissor Ramiz Əliyev (Ramiz Hindarxlı) Niderlandda vəfat edib.
Sonxeber.net xəbər verir ki, "Report"un Avropa bürosunun məlumatına görə, kinorejissor 84 yaşında uzun sürən xəstəlikdən sonra Niderlandin Dodrext şəhər xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, R.Əliyev 15 mart 1938-ci ildə Ağcəbədi rayonu Hindarx qəsəbəsində anadan olub. 1956-cı ildə "Azərbaycanfilm"də fəaliyyətə başlayan soydaşımız müxtəlif illərdə rejissor assistenti, ikinci rejissor və rejissor kimi Azərbaycan kinosuna töhfələr verib. O, rejissor kimi "Bəyin oğurlanması", "Dəli Kür", "Həm ziyarət, həm ticarət", "İnsan məskən salır", "İstintaq", "Qaynana", "Qızmar günəş altında", "Möcüzələr adası", "O olmasın, bu olsun", "Otel otağı", "Ölsəm, bağışla", "Şir evdən getdi", "Yenilməz batalyon" və digər 40-a qədər film üzərində çalışıb.