Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2022 18:20
ABŞ-ın Merilend ştatının sakini oğurluq etmək məqsədilə bacadan evə girib, lakin oradan çıxa bilməyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, nəticədə ev sahibləri qayıdana qədər oğru bütün gecəni bacada keçirib.
Ev sahibləri cinayətkarı yalnız səhər tezdən görüb və dərhal polisə müraciət ediblər.
Hücum edən şəxsi çıxarmaq üçün xilasedicilər 1,5 saat ərzində kərpicləri sökəsi olublar.
Oğurluğu törətməyi planlaşdıran şəxs yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.