Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveç Qotland adasına xüsusi təyinatlı dəstə göndərib

İsveç Qotland adasına xüsusi təyinatlı  dəstə göndərib

Tarix: 15 Yanvar 2022 20:52

İsveç Silahlı Qüvvələri Norbotten vilayətində yerləşən xüsusi təyinatlı dəstəni Qotland adasına göndərib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin yaydığı məlumatda qeyd olunub.

Hərbçilərin bir qismi İsveçin də daxil olduğu "Heavy Airlift Wing" beynəlxalq nəqliyyat təşkilatının "C-17" təyyarəsi ilə, bir qismi isə paromla aparılıb.

Məlumatda bu addım İsveçin Rusiya ilə Ukrayna arasında münasibətlərin kəskinləşməsinə reaksiyası adlandırılıb.


Etiketlər:  İsveç Qotland adasına xüsusi təyinatlı dəstə göndərib


RƏYLƏR