Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 18:15
Aparıcı Aytən Səfərova filmlərə olan sevgisini sosial media hesabında yansıtmağa çalışır.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, müxtəlif pozalarda fotoları sevməyən, şəxsi instaqram səhifəsində daha çox selfilərini paylaşmağa üstünlük verən jurnalist son günlər fərqli görüntüləri ilə diqqət çəkir.
Belə ki, o mobil aplikasiyalardan istifadə edərək özünü müxtəlif filmlərin obrazları kimi təqdim edir. İzləyicilərinin çoxu ona bu obrazları yaraşdırsa da, digər qismi onlarla razılaşmır.
Qeyd edək ki, Aytən Səfərova keçmiş ANS TV-nin əməkdaşı olub, o, daha sonra ATV-də fəaliyyətini davam etdirsə də, bir müddət sonra oradan da ayrılıb. Aparıcı hazırda Xəzər TV-də "Xəbər ertəsi" layihəsində çalışır.