Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hüseyndən xanımına qadağa: ''Milyardlar versələr...'' - VİDEO

Hüseyndən xanımına qadağa: ''Milyardlar versələr...'' - VİDEO

Tarix: 17 Yanvar 2022 18:40

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu həyat yoldaşı aktrisa Aysel İbrahimovaya etdiyi qadağadan söz açıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, musiqiçi "Zaurla Günaydın" verilişində bildirib ki, xanımı el şənliklərində müğənni kimi çıxış edə bilməz: 

"Mən demişəm, yoldaşım yalnız konsertlər və dövlət tədbirlərində oxuya bilər. Başqa heç bir yerdə səhnəyə çıxa bilməz. Milyardlar belə təklif etsələr, bu mümkün deyil. Bu bizim ailə qanunlarımızdır". 

Onun sözlərindən sonra xanımı Aysel də fikirlərini bölüşüb: "Ümumiyyətlə, dövlət tədbirlərində uşaqlıqdan mahnılar oxuyurdum. El şənliklərində iştirak etməmişəm. Bundan sonra da istəmirəm. Çünki belə qərara gəlmişik". 

Qeyd edək ki, Hüseyn və Aysel ötən il evlənib. Onların bu nikahdan bir oğlu dünyaya gəlib. Bu, hər iki sənətçinin ikinci evliliyidir.


Etiketlər:  Hüseyndən xanımına qadağa Milyardlar versələr VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ