Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə misli görünməmiş inflyasiya qeydə alınıb

Bu ölkədə misli görünməmiş inflyasiya qeydə alınıb

Tarix: 17 Yanvar 2022 22:22

2021-ci ildə bir sıra ölkələrdə inflyasiyanın son onillikdə rekord göstəriciləri qeydə alınıb. Argentina bu göstərici üzrə həmin ölkələrin demək olar ki, hamısını "geridə qoyub".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2021-ci ildə bu ölkədə istehlak qiymətləri indeksi 50,9 faizə bərabər olub. Bu, Braziliya ilə müqayisədə (10,6 faiz) beş dəfə, Çili ilə müqayisədə (7,2 faiz) yeddi dəfə, Boliviya ilə müqayisədə (0,9 faiz) 50 dəfə çoxdur. Yeri gəlmişkən, Boliviyada inflyasiya göstəricisi Latın Amerikası regionunda ən aşağı səviyyədə olub. Hiperinflyasiya ilə bağlı ciddi iqtisadi böhranla üzləşmiş Venesuelada isə istehlak qiymətləri indeksi 700 faizə yaxındır.

2021-ci ildə Argentina hökuməti mal əti ixracını məhdudlaşdırıb və daxili bazarda qiymətləri nəzarətə alıb, lakin bu da faydasız olub: son bir ildə ət 60,6 faiz bahalaşıb. Bu, ümumi inflyasiya ilə müqayisədə təqribən 10 faiz bəndi qədər çoxdur.

Argentinada inflyasiyanın yüksək olmasına səbəb çoxdur. Lakin iqtisadçıların fikrincə, əsas səbəb odur ki, ölkə qazandığından çox xərcləyir. Son 50 ildə yalnız altı dəfə - 2003-2008-ci illərdə büdcə kəsiri olmayıb. Həmin dövrdə xammalın rekord qiymətləri profisitin xeyli artmasına səbəb olub.

Argentinada bir-birini əvəz edən hökumətlər xərclərin öhdəsindən gəlmək üçün borca düşməyi və ya pul emissiyasını üstün tutublar. Birinci strategiya Argentina tarixi ərzində doqquz dəfə defolt ilə nəticələnib. Hazırda hökumət onuncu defoltdan yaxa qurtarmaq üçün Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır.

İnflyasiyanın yüksək olmasına bir növ adət etmiş şirkətlər öz gəlirlərini saxlamaq üçün əvvəlcədən ehtimal edilən qiymət artımından sığortalanırlar. Həmkarlar İttifaqları işçilərin alıcılıq qabiliyyətini dəstəkləmək üçün əməkhaqqının artırılmasını tələb edirlər və beləliklə "qüsurlu dairə" yaranır.

Milli.Az


Etiketlər:  Bu ölkədə misli görünməmiş inflyasiya qeydə alınıb


RƏYLƏR