Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2019 22:36
Bakı. Trend:
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın 1-də hərrac keçiriləcək.
Komitədən Trend-ə verilən məlumata görə, hərraca ümumilikdə 27 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, 5-i nəqliyyat vasitəsi və müxtəlif çeşidli avadanlıqlardır.
Səhmdar cəmiyyətləri nəqliyyat, sənaye, tikinti, xidmət və digər sahələrə aiddir. İri müəssisələrdən biri Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsindəki “Şəmkir” Açıq Səhmdar Cəmiyyətidir. Ümumi nizamnamə kapitalının 30%-lik həcmində səhm paketi özəlləşdiriləcək dövlət əmlakının ərazisində inzibati bina, müxtəlif təyinatlı anbarlar, qazanxana və digər binalar var.
Özəlləşdirməyə çıxarılmış bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və hərraclara qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin