Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2022 19:38
Bu gün Prezident İlham Əliyev iştirakı ilə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı olub. "İçərişəhər" metrostansiyasının yaxınlığında qoyulan abidənin təşəbbüsçüsü Əməkdar artist Bəhram Bağırzadə olduğu da danılmazdır.
Sonxeber.net xəbərverir ki, yenisabah.az-a təəssüratlarını bölüşən "Bakılı oğlan"ların üzvü səhhəti ilə bağlı açılış mərasiminə qatıla bilmədiyini deyib:
"Mən də açılışa dəvət olunmuşdum, ancaq iştirak edə bilmədim. Sevincimin həddi-hüdudu yoxdur. Prezidentə, heykəltəraş, Xalq rəssamı Xanlar Əhmədova, əməyi olan hər kəsə sonsuz minnətdarlığımı bildirirəm. Sağ olsunlar ki, gözəl şəhərimizdə belə bir heykəli ucaltdılar.
Sevinirəm ki, gələcəkdə kişilərimiz görəcək ki, əvvəllər nə cür kişilər olub və çalışacaqlar ki, həyatlarında onların əməllərini təkrar etsinlər. Sevinirəm ki, cənab Prezident tərəfindən bu heykəlin açılışı baş tutdu. Çox sağ olsun ki, sözümü yerə salmadı, mən təklif elədim, o da icrasına dair qərar verdi.
Bundan sonra da Bakıda heykəli qoyulmalı çoxlu şəxsiyyətlərimiz var. Bir-bir adlarını sadalasam, vaxt çatmaz. Fikrimcə, təkcə mən yox, digər insanlar da bu barədə düşünməli və təkliflərini səsləndirməlidir.
Mən Hacı Zeynalabdin Tağıyevi istəyirdim, təklifii verdim, həyata keçdi. İndi növbə başqalarınındır, vaxt itirməyə dəyməz, zəhmət çəkib ideya irəli sürsünlər".