Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2022 18:18
Şamaxı rayonunun Kərkənc kəndində yerləşən erməni qəbiristanlığı indiyə kimi qorunur.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Şamaxının Kərkənc kəndi rayon mərkəzindən 14 km aralıda yerləşirir.
Kəndin əhalisi 445 nəfərdən, ərazisi isə 2680 hektardan ibarətdir.
1989-cu ilə qədər kənddə əsasən ermənilər yaşayıb. Həmin il ermənilər qarşılıqlı razılaşma əsasında Qərbi Azərbaycanda yerləşən, əsasən azərbaycanlıların yaşadığı ''Qızıl Şəfəq'' kəndinə köçüblər. Yerdəyişmə nəticəsində hazırda Kərkənc kəndində ''Qızıl Şəfəq''dən gəlmiş azərbaycanlılar məskunlaşıblar. İnsanların əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Azərbaycanlılar kəndə köçəndən bəri burada olan erməni qəbiristanlığına toxunmayıblar. Əksinə, erməni məzarlığını qoruyub-saxlayırlar.
Sakinlər deyirlər ki, ermənilərlə əldə edilmiş razılığa görə, qəbiristanlıqlar dağıdılmamalı, qorunub- saxlanılmalı imiş. Ancaq tarix boyu xəyanəti, riyakarlığı ilə seçilən ermənilər ''Qızıl Şəfəq'' kəndində azərbaycanlıların qəbirlərini darmadağın ediblər.
Bu fakt bir daha ermənilərin çirkin xislətini sübut edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: