Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özünü koronavirusa yoluxduran müğənni vəfat etdi

Özünü koronavirusa yoluxduran müğənni vəfat etdi

Tarix: 20 Yanvar 2022 18:16

Çexiyada özünü bilərək koronavirusa yoluxduran, bununla da pandemiya ilə əlaqədar məhdudiyyətlərdən azad olmağa çalışan müğənni Hana Horka feysbukda sağaldığını yazandan 2 gün sonra vəfat edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, 57 yaşlı "Asonance" qrupunun solisti ölümü ilə bağlı məlumatı oğlu Can Rek təsdiqləyib.

O, anasının peyvənd vurdurmadığını, atası və özündə COVID-19 aşkarlandığı zaman qəsdən yoluxduğunu və hər şeyə rəğmən təcrid olunmadığını bildirib:

"Anam peyvənd olunmaq istəmirdi. Onun xəstəliyi 5 gün davam etdi. Özünü yaxşı hiss etmirdi. Sonuncu gün səhər oyandı, paltarını dəyişdi, gəzməyə çıxdı. Evə gələndə belinin ağrıdığını dedi. Ona yatmasını təklif etdik. 10 dəqiqə sonra öldü. Onun fikrincə, koronavirusa yoluxmaq peyvənd olunmaqdan daha yaxşı idi". 

Xatırladaq ki, Hana son paylaşımında "Delta mutasiyasından xilas oldum. Yaşasın, indi saunam, sosial həyatım var, artıq üzə bilirəm. Yəni həyatımda teatr, sauna, konsert və bir az da dəniz olacaq" sözlərini yazmışdı.

Qeyd edək ki, Çexiyada son günlər koronavirusa yoluxanların sayı artıb. Ölkədə barlara, kafelərə, kinoteatrlara daxil ola bilmək üçün peyvənd olunmaq və ya COVID-19-a yoluxub sağalmaq şərtdir.

Milli.Az


Etiketlər:  Özünü koronavirusa yoluxduran müğənni vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ