Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Analizində qurd çıxan hər uşağa dərman verilmir - Pediatr

Analizində qurd çıxan hər uşağa dərman verilmir - Pediatr

Tarix: 20 Yanvar 2022 23:27

"Uşaqda qurd olduğunu düşünürsünüzsə, əvvəlcə onda əlamətlərin olub-olmadığını yoxlayın".

Milli.Az medicina.az-a istinadən bildirir ki, həkim-pediatr Günay Rəsulova bu barədə məlumat verib.

Həkimin sözlərinə görə, qurd xəstəliyini dəqiqləşdirmək üçün analiz nəcisdən verilməlidir:

"Lakin hər analizində qurd görünən uşağı müalicə etmək lazım deyil. Qurd əlamətləri yoxdursa, deməli, müalicə vacib deyil. Hər insan, hər uşaq qurda yoluxa bilər, amma hər insanda qurd xəstəliyi olmaz".

G.Rəsulova qeyd edib ki, analizində hər qurd çıxan uşağa dərman verilməməlidir. Müayinə zamanı qurd xəstəliyi olan uşaqlara isə qurd dərmanı (maksimum 1 tabletka) yazılmalıdır.

Milli.Az


Etiketlər:  Analizində qurd çıxan hər uşağa dərman verilmir Pediatr


RƏYLƏR