Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyalı şahzadə belaruslu sevgilisini məhkəməyə verib

İtaliyalı şahzadə belaruslu sevgilisini məhkəməyə verib

Tarix: 21 Yanvar 2022 10:56

İtaliyalı zadəgan Belarusdan olan məşuqəsini fırıldaqçılıq və israfçılığa görə məhkəməyə vermək qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 51 yaşlı şahzadə Cakomo Bonanno di Linquaqlossa 35 yaşlı Tatyana Yaşçenkonu dələduzluq yoluyla ondan pul və ümumi dəyəri təxminən bir milyon avroya çatan dəbdəbəli hədiyyələr almaqda ittiham edib.

Xarici mətbuatın məlumatına görə, cütlük 2019-cu ilin dekabrından görüşməyə başlayıb.

Bildirilib ki, şahzadə öz sevgilisinə zinət əşyaları, 83 min avroya "Mercedes" markalı avtomobil alıb. Həmçinin onun Romadakı kirayəsi 18 min avro olan mənzilinin pulunu ödəyib.

Bundan əlavə, zadəgan belaruslu qadınının gündəlik məsrəflərini və səyahətlər zmanaı bütün xərclərini qarşılayıb.

Milli.Az


Etiketlər:  İtaliyalı şahzadə belaruslu sevgilisini məhkəməyə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ