Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hadisəyə 3 milyonluq üzüklə evlilik təklifi etdi - VİDEO

Hadisəyə 3 milyonluq üzüklə evlilik təklifi etdi - VİDEO

Tarix: 21 Yanvar 2022 15:50

Türkiyəli müğənni Hadisəyə iş adamı sevgilisi Mehmet Dinçerler evlilik təklif edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "hə" cavabı verən Hadisə həmin anın görüntülərini sosial şəbəkədə paylaşıb. O, şərh bölümünə "Bölümümüz indi başlayır" sözlərini yazıb.

Diqqətçəkən digər məqam isə Hadisənin barmağındakı üzüyü olub. Onun 3 milyon 133 min 280 lirə (təxminən 393 min 226 manat) dəyərində olduğu üzə çıxıb.

Qeyd edək ki, Hadisənin özündən 2 yaş kiçik sevgilisi "Gloria Jean's Coffees"in sahibidir.  O, bundan əvvəl aktyor Kaan Yıldırımla sevgili olub.

Milli.Az


Etiketlər:  Hadisəyə milyonluq üzüklə evlilik təklifi etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ