Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistanda COVID-19-la bağlı yeni məhdudiyyətlər tətbiq olunur

Özbəkistanda COVID-19-la bağlı yeni məhdudiyyətlər tətbiq olunur

Tarix: 21 Yanvar 2022 21:40

Özbəkistanda COVID-19-a yoluxma sayının artması ilə bağlı yanvarın 24-dən ölkənin orta və ali məktəbləri, liseylər və qeyri-dövlət təhsil müəssisələri bir ay müddətinə onlayn formata keçir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yeni məhdudiyyətlər həm də yeniyetmələr və gənclər arasında "omikron" ştamının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunur.

Xatırladaq ki, Özbəkistan təhsil müəssisələrinin qış tətili yanvarın 11-də başa çatmalı idi. Lakin epidemioloji vəziyyətlə əlaqədar Təhsil Nazirliyi qış tətilini yanvarın 24-dək uzadıb.

Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində pandemiya dövründə ən yüksək yoluxma sayı qeydə alınıb - 1 325 hal. Pandemiya dövründə yoluxanların ümumi sayı 210 min 899, ölənlərin sayı isə 1532 nəfərdir.


Etiketlər:  Özbəkistanda COVID bağlı yeni məhdudiyyətlər tətbiq olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ