Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Özünüzü Aygünə oxşatmaq istəyirsiniz'' - Xatirənin FOTOlarına sərt reaksiya

''Özünüzü Aygünə oxşatmaq istəyirsiniz'' - Xatirənin FOTOlarına sərt reaksiya

Tarix: 22 Yanvar 2022 14:25

Müğənni Xatirə İslam yeni fotosessiyası ilə gündəmə gəlib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı transparan geyimdə və qara şlyapada obyektiv qarşısına keçib. Sosial şəbəkə istifadəçiləri isə Xatirəni tənqid atəşinə tutublar.

X.İslamın bir müddət əvvəl bənzər tərzdə fotosessiya etdirən Xalq artisti Aygün Kazımovanı təkrarladığı yazılıb. İfaçının sosial şəbəkədə yayılan şəklinə "Aygün Kazımova kimi etmək istəmisiniz, amma alınmayıb", "İlk baxanda elə bildim Aygün Kazımovadır", "Aygün Kazımova edib axı bunu" kimi şərhlər yazılıb.

Qeyd edək ki, bir çoxları da Xatirənin şəkli plastik əməliyyat etdirdikdən sonra çəkdirdiyini vurğulayıb. Müğənni fotosessiyasını əməliyyatdan əvvəl etdirib. Belə ki, Xatirə bədənşəkilləndirmə əməliyyatını 10 gün əvvəl etdirib.


Etiketlər:  Özünüzü Aygünə oxşatmaq istəyirsiniz Xatirənin FOTOlarına sərt reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ