Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 13:20
Bakı. Trend:
Hindistanda pələng kəndliyə hücum edərək onu öldürüb.
Trend-in məlumatına görə, hadisə Karnataka ştatında kəndlərdən birində baş verib.
Məlumata görə, 55 yaşlı kəndli camışları ilə qonşu kənddən qayıdarkən Bandipur qoruğu yaxınlığında pələng ona hücum edib. Pələng camışlara xəsarət yetirə bilməsə də, kəndlini meşəyə sürüyərək orada parçalayıb.
Evə qayıtmayan kəndlini axtaran ailəsi meşədə ayaqqabısının tayını və qanlı sümüklərini tapa bilib.
Bandipur Hindistanın məşhur milli qoruğu sayılır. Hadisədən qorxmuş kəndlilər vəhşi heyvanlardan qorunmaq üçün qoruq ətrafına tələlər qoyulmasını tələb edirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin