Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ƏDV depozit hesabı üzrə borcun alınması zamanı hansı halda icra sərəncamı göndərilir?

ƏDV depozit hesabı üzrə borcun alınması zamanı hansı halda icra sərəncamı göndərilir?

Tarix: 23 Yanvar 2022 23:36

Vergi Məcəlləsinə əsasən, bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergiödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, vergi üzrə digər borcların alınması qaydasında olduğu kimi, ƏDV depozit hesabı üzrə borcun alınması zamanı iki halda vergi orqanı tərəfindən dondurulma yox, icra sərəncamı göndərilir.

"Tutaq ki, vergiödəyicisi vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində 300 manat vergi öhdəliyinin olmasını bəyan edir. Bu halda, vergi borcunun alınması üçün dondurulma yox, icra prosesi həyata keçiriləcək. Çünki vergiödəyicisinin bəyan etdiyi vergi üzrə borc yaranıb. Digər halda isə vergi orqanı kameral vergi yoxlaması zamanı vergiödəyicisinə ƏDV hesablayır. Vergiödəyicisi vergi orqanına yazılı müraciət edərək vergi borcu ilə razılaşdığını bildirir. Bu zaman artıq vergi orqanı vergiödəyicisinə icra sərəncamı ilə vəsaitin ödənilməsinə icazə verəcək", - deyə A.Bayramov bildirib.


Etiketlər:  ƏDV depozit hesabı üzrə borcun alınması zamanı hansı halda icra sərəncamı göndərilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ