Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Müşviqdən soruşun ki, niyə belə elədin?” - Bəhram

“Müşviqdən soruşun ki, niyə belə elədin?” - Bəhram

Tarix: 24 Yanvar 2022 16:55

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən "Şuşa" komandasının adınının "Buta" ilə əvəzlənməsiylə bağlı müzakirələr davam edir.

Komandanın rəhbəri, prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər səngimək bilmir.

Sosial şəbəkə istifadəçiləri Müşviq Abbasovu boykot etməyə səsləyirlər.

Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan Əməkdar artist, "Bakılı oğlanlar", "KVN" teatrının aktyoru Bəhram Bağırzadə komandanın adının dəyişdirilməsi məsələsinə qarışmaq istəmədiyini bildirib:

"Mən xəstəyəm deyə bir çox mövzuya reaksiya verə bilmirəm. Söhbət 2000-ci ilin KVN-dən getsəydi, mən cavab verməyə hazır idim. Necə əsrin çempionu olmuşuq, bu barədə danışardım. Sonuncu dəfə 20 il bundan qabaq KVN-də oynamışam, artıq illərdir oynamıram. Komandanın adının dəyişdirilməsi ilə bağlı oradakı iştirakçılara, təşkilatçılara sual verilməlidir. Müşviqdən soruşun ki, "Ay Müşviq, niyə belə elədin?" O, cavab versə, lap yaxşı olar".


Etiketlər:  Müşviqdən soruşun niyə belə elədin Bəhram


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ