Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2022 20:55
Braziliyanın U-20 çempionatının yarımfinal matçında xoşagəlməz hadisə baş verib.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, baş məşqçisi Aleks de Souza olan "Sao Paulo"nun "evdə" "Palmeyras"a 0:1 hesabıyla uduzduğu görüşün əlavə olunmuş ikinci dəqiqəsində meydan sahiblərinin azarkeşlərindən biri bıçaqla stadiona qaçıb.
Meydançaya girən fanat rəqib komandanın futbolçusu Lukas Freitası bıçaqlamaq istəyib. Bu zaman stadionun mühafizə xidməti dərhal olaya müdaxilə edib və tərəflər sakitləşdirilib. Xəsarət alan olmayıb.
Bunun ardınca oyun qaldğı yerdən davam etdirilib.