Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Güldüyümüz günlər üçün darıxacam” - Türkan Şoray

“Güldüyümüz günlər üçün darıxacam” - Türkan Şoray

Tarix: 25 Yanvar 2022 04:24

Türkiyənin "Sultan" ləqəbli ustad aktrisası, "Yeşilçam" ulduzu Türkan Şoray bu gün dünyasını dəyişən Fatma Girikdən yazıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi instaqram hesabında mərhum dostu ilə bağlı paylaşım edib. Giriklə birgə fotosunu yayan Türkan çox kədərli olduğunu bildirib:

"Dünya gözəli, mavi gözlərinlə şən-şən baxardın. Mənim canım dostum, sənin üçün çox darıxacağam. Birlikdə olduğumuz, güldüyümüz günləri özləyəcəyəm. Kino yolunda sevinclərimizlə, üzüntülərimizlə birlikdə müqəddərat dostu idik.

Səni sevən milyonlar çox darıxacaq. Türk kinosundakı yerin dolmayacaq. Hiss etdiyim dərin ağrını ifadə etməyim çətindir. Sonsuzadək ürəyimdəsən".


Etiketlər:  Güldüyümüz günlər üçün darıxacam Türkan Şoray


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ