Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2022 08:14
ABŞ Mərkəzi Bankı FED kriptodolların hazırlanması barədə hələ qərar verməyib. Lakin məsələ son hesabatla ictimai müzakirəyə təqdim edilib.
FED bildirib ki, ictimai müzakirələrin birinci mərhələsi mayın 20-də başa çatacaq. Müzakirələrdə məqsəd rəqəmli valyutanın üstün cəhətləri ilə yanaşı qüsurlarını da aşkara çıxarmaqdır.
Hesabat müəllifləri qeyd edirlər ki, yeni valyutanın üstün cəhətləri qüsurundan çox olacağı təqdirdə dövriyyəyə buraxıla bilər. Bu zaman ən kiçik istehlakçıdan tutmuş böyük korporasiyalaradək hamının maraqları nəzərə alınmalıdır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hesabatda daha sonra qeyd olunur ki, hazırda dünyada istifadə edilən kriptovalyutalar oğurlana və qeyri-leqal işlərə sərf oluna bilər. Amerika valyutası isə hər kəsin istifadə edə bilməsi üçün praktik olmaqla yanaşı, yüksək səviyyədə mühafizə olunmalıdır. Ən əsası, kriptovalyuta dollar əsasında formalaşmış ənənəvi maliyyə-kredit sisteminin sabitliyinə təhlükə törətməməlidir.
Qeyd edək ki, son dövrlərdə mərkəzi bankların kriptovalyutaya marağı artıb. Nigeriyada oktyabrda rəqəmli valyuta tədavülə buraxılıb. Çin rəqəmsal yuan üzərində işləyir. Avropa Mərkəzi Bankı da bu məsələ üzərində çalışır.