Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lennonun oğlunun paltosu satışa çıxarılır - FOTO

Lennonun oğlunun paltosu satışa çıxarılır - FOTO

Tarix: 26 Yanvar 2022 11:35

"The Beatles" qrupunun solisti Con Lennonun oğlu Culian Lennonun şəxsi kolleksiyası Kaliforniya ştatının Beverli Hills şəhərindəki "Julien's Auctions" auksionunda satılacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hərracın saytında yerləşdirilən məlumatda bildirilir ki, hərrac fevralın 7-də keçiriləcək.

Təqdim olunan əşyalar arasında Pol Makkartninin valideynlərinin boşanması ilə əlaqədar Culiana təsəlli vermək üçün yazdığı "Hey Jude" mahnısı üçün notlar da var. Bundan əlavə, bu kolleksiyaya Con Lennonun iki fərqli filmdə çəkildiyi zaman geyindiyi orijinal Əfqanıstan palto və qara plaş daxildir.

Açıqlamada deyilir ki, Culiana atasının şəxsən bağışladığı üç gitara da hərraca çıxarılır.

Milli.Az


Etiketlər:  Lennonun oğlunun paltosu satışa çıxarılır FOTO


RƏYLƏR