Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maqsud Mahmudov əməkdar artisti də aldadıb - Açıqlama

Maqsud Mahmudov əməkdar artisti də aldadıb - Açıqlama

Tarix: 26 Yanvar 2022 14:40

Ukraynada saxlanılaraq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun əməllərindən zərərçəkənlər arasında əməkdar artist Vasif Məhərrəmli də var.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, M.Mahmudov əməkdar artist V. Məhərrəmliyə qarşı da dələduzluq edib.

Bununla bağlı Vasif Məhərrəmli ilə əlaqə saxladıq.

Müğənni məsələ ilə bağlı danışmaq istəmədiyini bildirdi: "Məhkəmə predmeti olduğu üçün bu barədə danışmaq istəmirəm". 

Qeyd edək ki, Maqsud Mahmudov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 183.2.2-ci (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham olunur. İş üzrə 90 nəfər zərərçəkmiş qismində tanınıb.


Etiketlər:  Maqsud Mahmudov əməkdar artisti aldadıb Açıqlama


RƏYLƏR