Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2022 11:55
Türkiyənin reytinqli serialı "Camdakı kız"ın aktyor heyətinə qatılan aktrisa Yüsra Geyikin buradakı rolu uzun davam etməyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, aktrisanın serialdan ayrılma səbəbi təəccüb doğurub.
"Arka sokaklar" serialındakı rolu ilə yaddaşlara həkk olan Geyikin "Camdakı kız"da iştirakı üzünmüddətli planlaşdırılıbmış. Buna baxmayaraq, onun serialdakı rolu tədricən azalıb və 27-ci bölümdə İzmirə köçüb.
İddiaya görə, gənc aktrisanın ön plana çıxması bəzi baş rol ifaçılarını narahat edib və bu səbəbdən də onun rolunun ömrü qısa olub. İddianın doğru olub-olmaması və hansı sənətçilərin narahatlıq keçirməsi isə maraq doğurur.