Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həyat yoldaşı öldürülən türkiyəli aparıcı yoxa çıxdı

Həyat yoldaşı öldürülən türkiyəli aparıcı yoxa çıxdı

Tarix: 27 Yanvar 2022 14:06

Xəbər verdiyimiz kimi, türkiyəli aparıcı Ece Erkenin həyat yoldaşı, "Beşiktaş" klubunun sabiq rəsmisi, vəkil Şafak Mahmutyazıcıoğlu güllələnərək qətlə yetirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Ecenin yaxın dostu, həmkarı Bircan Bali "Söylemezsem olmaz" proqramında hadisənin bəzi məqamlarını açıqlayıb. Onun sözlərinə görə, Şafak 7 güllə yarası aldıqdan sonra xəstəxanada çoxlu qan itirdiyi üçün həyatını itirib. Silahlı şəxslərin hücumu zamanı sürücüsü də ağır yaralanıb.

Bircan Şafakın son sözlərinin "Xahiş edirəm, məni xilas edin" olduğunu səsləndirib.

Bundan başqa o, hadisənin ardından Ece ilə əlaqə saxlaya bilmədiklərini vurğulayıb:

"Saatlardır Ecedən xəbər ala bilmirik. Gecə xəstəxanaya gedib. Şafakın öldüyünü öyrəndiyi an onu göndəriblər. O vaxtdan etibarən Eceylə kimsə əlaqə qura bilmir".

Qeyd edək ki, Şafak Yeşilköydə restoranlardan birindən çıxarkən gecə Türkiyə saatı ilə 00:30 radələrində adı açıqlanmayan şəxs və ya şəxslər tərəfindən güllələnib.

Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.

Milli.Az


Etiketlər:  Həyat yoldaşı öldürülən türkiyəli aparıcı yoxa çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ