Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Evdə tək"in ulduzu yenidən evlənir

Tarix: 27 Yanvar 2022 18:10

90-cı illərin məşhur komediya filmi olan "Evdə tək"in ulduzu Makoley Kalkin ikinci dəfə evlənir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor 5 ildir münasibətdə olduğu həmkarı Brenda Sonqa evlilik təklifi edib.

Cütlük ötən gün oğulları Dakota ilə birlikdə küçədə gəzərkən paparassilərin obyektivinə tuş gəlib. Fotolarda Brendanın barmağındakı brilyant tək daş üzük iddiaları təsdiqləyib.

Qeyd edək ki, ikili 2017-ci ildə "Taylandda bakalavr partisi" filminin çəkiliş meydançasında tanış olub və görüşməyə başlayıblar.

Keçən ilin aprelində onların oğlu dünyaya gəlib. Uşağa Makoleyin avtomobil qəzasında ölən bacısının şərəfinə Dakota adı verilib.

Bu, onun ikinci evliliyi olacaq. Makoley ilk dəfə 17 yaşında aktrisa Reyçel Miner ilə ailə həyatı qurub. Onlar dörd ildən sonra boşanıb.

Milli.Az


Etiketlər:  Evdə təkin ulduzu yenidən evlənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ