Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bred Pitin yeni eşq macərası

Bred Pitin yeni eşq macərası

Tarix: 27 Yanvar 2022 18:38

Hollivud ulduzu Bred Pitt yeni eşqə yelkən açıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 58 yaşlı aktyorun 35 yaşlı isveçli müğənni Lykke Li ilə münasibətdə olduğu iddia edilib. Cütlüyün yaşadığı evlərin bir-birinə yaxın seçilməsi şayiələri daha da gücləndirib.

"İnsayder"in məlumatına görə, ikili münasibətlərini gizli saxlayır. "The Sun" nəşri isə ulduzlar arasındakı münasibətin 2021-ci ilin ortalarından başladığını yazır.

Qeyd edək ki, Bred Pitt aktrisa Ancelina Coli, Lykke Li isə musiqiçi Jeff Basker ilə ciddi münasibət yaşayıb. Onların bu birlikdəliklərindən övladları var.

Bred Pitin bundan əvvəl amerikalı məşhur müğənni-aktrisa Andra Deylə münasibətdə olduğu bildirilirdi.

Milli.Az


Etiketlər:  Bred Pitin yeni eşq macərası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ