Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Hansısa kiçik bir problem olanda öncə oğlumdan soruşuram, onu günahkar görürəm"

Tarix: 27 Yanvar 2022 18:50

"İşlər hal-hazırda hamıda zəifdir, kim desə ki, işlərim yaxşıdır, sürətlə gedir, ona inanmayın. Həmin insanlar ya kiməsə acıq, ya da qıcıq verir. Camaatda da vəziyyət heç ürək açan deyil. O gün baxıram, biri deyir ki, xəstəlik karonavirus deyil, ətin, suyun pulunun qalxmasıdır. Ən pis xəstəlik budur, camaat stressdən xəstələnir"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib. O daha sonra xalq artisti Naibə Allahverdiyevanın "Azərbaycanda kişi aktyorlar xoşbəxtdirlər, qadınlar isə yox" sözünə də münasibət bildirib.
 
"Mən sevimli aktrisamızın bu sözü ilə razılaşa bilmirəm. Mənim haqqımda kimsə nə danışsa, o dəqiqə özümü araşdıraram ki, görüm mən o insan haqda nə danışmışam ki, o bu sözü deyir?! Özümdə tapmasam uzaq başı həmin şəxsə zəng edib soruşaram. Ola bilər ki, Naibə xanımın taleyi daşa dəyib, qarşı cinsdən diqqət görməyib deyə belə deyir. Aşıq gördüyünü çalar. Mən ailəmdən də, həyat yoldaşım Sakit müəllimdən də lazımı diqqəti, qayğını görmüşəm və bu günə qədər də görürəm. Əgər diqqət görməsəydim bu gün sənətdə olmazdım, uğur qazanmazdım. Əgər xəstələnəndə başımın üstündə olub, hər qayğımı çəkirsə, mən necə deyə bilərəm ki, diqqət görməmişəm?! Diqqət ikitərəfli olmalıdır, ümumiyyətlə ailə həyatında heç bir şey birtərəfli olmamalıdır. Kişi qadının diqqətinə cavab olaraq ona qayğı, sevgi bəsləyir" deyə tanınmış aşıq bildirib.
 
"Necə qaynanasınız?" sualına isə aşıq belə cavab verib.
 
"Mənim gəlinimə bu sualı versəniz, mənə elə gəlir ki, o deyər ki, qaynana deyil, anadır. Mən də həmçinin elə deyərəm. Hamı bilir ki, o mənim gəlinim yox, qızımdır. Onu çox istəyirəm. Bir binada yaşayırıq, evlərimiz ayrıdır, amma 4-5 il birlikdə yaşadığımız müddətdə də heç bir problemimiz olmayıb. Hansısa kiçik bir problem olanda öncə oğlumdan soruşuram, onu günahkar görürəm. Təbii ki, heç kim ideal deyil, gəlinimdə də səhv olanda heç kim bilmədən onu özüm başa salmağa çalışıram. O mənə ana deyir" deyə aşıq bildirib.
Milli.Az


Etiketlər:  Hansısa kiçik bir problem olanda öncə oğlumdan soruşuram onu günahkar görürəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ