Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa Parlamenti fırıldaqçı reklamlara qarşı çıxdı

Avropa Parlamenti fırıldaqçı reklamlara qarşı çıxdı

Tarix: 27 Yanvar 2022 23:20

Avropa Parlamenti 20 yanvar tarixində rəqəmsal xidmətlər üzrə yeni qanun layihəsini (DSA) təsdiqləyib. Yeni qanun layihəsinin əsas hissəsini isə reklam targetinqi üçün nəzərdə tutulmuş bəzi konfidensial məlumatların yığılmasının qadağan edilməsi əhatə edir. Təsdiqlənmiş yeni qanun layihəsi Avropa Birliyi qanunvericiliyinin son illərdə ciddi dəyişikliyə məruz qalmış rəqəmsal dövrün mövcud vəziyyətinə uyğunlaşdırılması üçün nəzərdə tutulub. Yeni qanun layihəsinin əsas elementlərindən biri uyğun reklam elanlarının göstərilməsi üçün nəzərdə tutulmuş konfidensial məlumatların yığılması ilə bağlıdır. Bu cür konfidensial məlumatlara həmçinin bu və ya digər şəxsin seksual orientasiyası, irqi və dini inancı da daxildirlər. Bundan əlavə olaraq yetkinlik yaşına çatmamış şəxslərin konfidensial məlumatlarının da reklam məqsədlərində yığılması qadağan edilib.

Qadağan edilmiş faktorlara həmçinin qaranlıq sxemlər də daxildirlər. Söhbət, müəyyən praktikalardan gedir və bəzi platformalar həmin praktikalardan istifadə edərək istifadəçini fərdi məlumatları paylaşmağa məcbur edirlər. Sözügedən qaydaları pozmuş istənilən şirkət qlobal gəlirinin 6%-i həcmində cərimələnə bilər. Rəqəmsal xidmətlər üzrə qanun layihəsi texnoloji şirkətlərin online platformalarda mövcud qanunsuz kontentlərlə mübarizə vəzifələrini və həmin vəzifələrin pozulmaları halında cəza sistemini təyin edir. Bundan sonra texnoloji şirkətlər internetdəki sui-istifadə halları barəsində mesajlara daha operativ cavab verməli olacaqlar. Qanun layihəsi həmçinin verilmiş qərarlar üzrə şirkətlərin məsuliyyət daşıdıqlarını təsdiqləyir və bu halda həmin şirkətlərə qarşı apellyasiya şikayətinin verilməsini mümkün edir.

Yeni qanun layihəsinin səsverilməsinin keçirilməsinə 1 gün qalmış, Avropa Komissiyasının icraçı vitse-prezidenti Margrethe Vestager bildirib ki, DSA vətəndaşları leqal olmayan kontentlərdən, təhlükəli və icazəsiz məhsullardan qorumaqla və o cümlədən onların online mühitdə ifadə azadlıqlarını təmin etməklə interneti onlar üçün təhlükəsiz bir vəziyyətə gətirmək rolunda çıxış edir. Qeyd etmək lazımdır ki, Avropa Parlamenti tərəfindən təsdiqlənmiş qanun layihəsi yekun nəticə hesab edilmir. Belə ki, o, Avropa Zirvəsi ilə Avropa Komissiyası arasında keçiriləcək üçtərəfli danışıqlarda iştirak edəcək əsas faktorlardan biri olacaq. Həmin danışıqlar nəticəsində isə müəyyən dəyişikliklər ola bilər.

Milli.Az


Etiketlər:  Avropa Parlamenti fırıldaqçı reklamlara qarşı çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ