Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2022 14:27
Hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının daha da artırılmasının 2022-ci ildə də prioritet məsələ olacaq.
Bunu General-polkovnik Z.Həsənov Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib.
Ötən il ərzində həyata keçirilən tədbirləri təhlil edən müdafiə naziri qoşun növlərinin fəaliyyətini qiymətləndirib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı, o cümlədən dövlət sərhədində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin daha da artırılması məqsədilə 2022-ci ildə icra olunacaq fəaliyyətlər və qarşıda duran vəzifələr ilə bağlı komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.