Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2022 08:08
2021-ci ilin sonunda Rusiya əhalisinin sayı 146,2 milyondan 145,5 milyona enib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, 1 yanvar 2022-ci il tarixinə Rusiya Federasiyasının əhalisinin sayı 145 478 097 nəfər olub. 2021-ci ilin 1 yanvarında isə Federasiyada 146 171 015 nəfər yaşayırdı.
Əhalinin təbii azalması 1,04 milyon nəfər təşkil edib: il ərzində 1,4 milyon uşaq doğulub, 2,44 milyon nəfər ölüb.
2021-ci ildə 923,6 min nikah bağlanıb, 644,2 min boşanma rəsmiləşdirilib.
Federasiyada ölümlərin artmasının bir səbəbi də Covid-19 xəstəliyidir.