Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 4 Sentyabr 2019 01:32
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının loqosu müəyyənləşib.
Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, rəsmi loqo Qətərin paytaxtı Dohada təşkil olunan xüsusi tədbirdə təqdim olunub.
Mundialın loqosunda istifadə olunan “8” rəqəminin DÇ-2022-nin oyunlarına ev sahibliyi edəcək stadionların sayını və sonsuzluq işarəsini özündə əks etdirdiyi vurğulanıb.
 
Qeyd edək ki, 32 komandanın qatılacağı DÇ-2022  21 noyabr - 18 dekabr  tarixləri arasında keçiriləcək.
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    