Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2022 19:40
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev konstitusiya ilə müəyyən edilmiş iki müddətdən artıq dövlət başçısı olmayacağını bildirib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, o, bu barədə "Xabar 24" kanalına müsahibəsində deyib.
"Mən bilmirəm nə qədər müddət Qazaxıstanın Prezidenti olaraq qalacağam, lakin bir məsələdə əminəm ki, bu, hazırkı konstitusiyanın müəyyən etdiyi iki dəfədən artıq müddəti keçməyəcək. Daha doğrusu hansısa qanunun, xüsusilə də konstitusiyanın dəyişdirilməsi baş verməyəcək", - Prezident vurğulayıb.
Qazaxıstanın dövlət başçısı eks-prezident Nursultan Nazarbayevın imtiyazları ilə bağlı hər hansı sövdələşmə aparılmadığını qeyd edib.