Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktrisa 13 il sonra görüntüləndi: Dəyişiklik hər kəsi şoka saldı - FOTO

Məşhur aktrisa 13 il sonra görüntüləndi: Dəyişiklik hər kəsi şoka saldı - FOTO

Tarix: 30 Yanvar 2022 18:05

Kino dünyasında söz sahibi olan məşhur ailədən gələn, ancaq buna rəğmən film dünyasından uzaqlaşan məşhur aktrisa Bricit Fonda 13 il sonra ilk dəfə görüntülənib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kadrlarda bir vaxtlar gözəlliyi ilə valeh edən aktrisanı tanımaq mümkün deyil. 58 yaşlı Fonda çox kökəlib, tobaşəkilli geyimi və boyanmamış, səliqəsiz formada yığılmış saçları isə onun özünə artıq fikir vermədiyini göstərir.

Bricit Fonda Kventin Tarantino və Frensis Koppolanın filmlərindən iştirak edib, "Xaç Atası-3" və "Ceki Braun"da, həmçinin Cet Li ilə tərəf müqabil olduğu "Əjdəhanın öpüşü" filmində əxlaqsız qadın obrazı ilə məşhurluq qazanıb.

Lakin vaxtilə Hollivudun ən gözəl aktrisalarından sayılan Bricitin həyatı qəfil dəyişib. 2002-ci ildə "Ağca xanım" filmində "Şər kraliçası" rolu onun karyerasında sonuncu olub.

Qeyd edək ki, Bricitin babası Henri Fonda kinematoqrafiya əfsanəsi hesab olunur, atası məşhur aktyor Piter Fonda, bibisi isə 84 yaşı olmasına rəğmən karyerasını davam etdirən və kameralarla vidalaşmayan Ceyn Fondadır.

Milli.Az


Etiketlər:  Məşhur aktrisa sonra görüntüləndi Dəyişiklik hər kəsi şoka saldı FOTO


RƏYLƏR