Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2022 23:20
Kanada rəhbərliyi ölkənin Ukraynadakı səfirlik əməkdaşlarının bir hissəsini müvəqqəti olaraq geri çağırmaq qərarına gəlib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.
Bununla birgə, açıqlamada Kiyevdəki diplomatik nümayəndəliyin fəaliyyətini davam etdirdiyi vurğulanıb.
Qeyd edək ki, daha öncə rəsmi Ottava Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə əlaqədar 18 yaşınadək uşaqları olan diplomatların ailələrini müvəqqəti olaraq Ukraynadan geri çağırdığını açıqlamışdı.