Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Pul qazanmadım deyə anam məndən imtina etdi” - VİDEO

“Pul qazanmadım deyə anam məndən imtina etdi” - VİDEO

Tarix: 31 Yanvar 2022 02:35

Aktrisa Sonaxanım Əliyeva anasının ondan imtina etməsi haqda danışıb.

Sonxeber.net OLAY-a istinadən yazır ki, o, bu barədə "Bizimləsən" proqramında məlumat verib. Sənətçi deyib ki, anası ilə münasibətləri pandemiya dövründə pozulub: 

"Mən illər ərzində anam və övladım üçün çalışmışam. Hər saniyəm, canım onlara qurban idi. Ömür boyu özüm üçün yaşamadım. Çox təssüf ki, bir il bundan əvvəl anam məndən üz döndərdi. Sosial şəbəkələrdə yazırlar ki, aktrisa anasından imtina edib. Amma belə deyil. Bizim də ürəyimiz var, psixoloji durumumuz buna dözməyə bilər. 45 yaşıma qədər anamla çatmışam, bundan sonra imtina edərəmmi? Bir dəfə demişdim ki, analı yetiməm. Çünki o, məndən üz döndərib. Onun məndən başqa bir övladı, oğlu var. Ona necə qardaş deyə bilərəm? Anam məni məhkəməyə verəndə o, ortada mülk olduğu üçün demədi ki, sən nə edirsən? Pandemiya dövründə qazancım olmadı, hər yer bağlanmışdı. Anam məni qovanda dedi, beş aydır sənə baxıram. Dedim, axı cüzi də olsa, qonorar alıram. Çox insanların üzünü bu dövrdə gördüm. Çox təəssüf ki, əzizlərim də onların sırasına daxildir. Onların üzlərini görmək, səslərini eşitmək istəmirəm. Bir qorxulu yuxu kimi unutmaq istəyirəm".


Etiketlər:  qazanmadım deyə anam məndən imtina etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ