Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2022 18:05
Xalq artisti Kazım Abdullayev koronavirusa yoluxub.
Sonxeber.net xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında aktyor özü deyib. O bildirib ki, 12 gündür xəstəxanada müalicə alır:
"Artıq hər şey yaxşıdır. Xəstəxanadan çıxdım, evə gedirəm. Özümü yaxşı hiss edirəm".
Qeyd edək ki, K.Abdullayev Akademik Milli Dram Teatrında çalışır. Teatr bir müddət əvvəl fəaliyyətini müvəqqəti dayandırıb. Buna səbəb teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması olub.