Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2022 22:06
Polşanın "Legiya" klubu 18 yaşlı Ramil Mustafayevlə 30 iyun 2025-ci ilə qədər müqavilə imzalayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, perspektivli futbolçu bu həftə əsas komanda ilə məşqlərə başlayacaq. O komandada 32 nömrə ilə çıxış edəcək.
Ramil Mustafayev 2019-cu ildən Polşanın ikinci divizionda mübarizə aparan "Stal" klubunda çıxış edir. Gənc futbolçu bu mövsüm 13 oyunda üç qol vurub və bir məhsuldar ötürmə edib.
"Ramil Mustafayev istedadlı və perspektivli futbolçudur, inkişafını davam etdirəcək. Cəmi 18 yaşı olmasına baxmayaraq, onun artıq böyüklərdə oynamaq təcrübəsi var", - "Legiya"nın idman direktoru Yazek Zelinski deyib.
"Legiya"ya transferi ilə bağlı danışan Ramil bildirib ki, burada oynamaq onun uşaqlıq arzusu olub:
"Mən Rusiyada anadan olmuşam, amma valideynlərim Polşaya köçüblər və mən 10 il Varşavada yaşamışam. "Legiya"nın oyunlarına gedirdim, tribunadan ona azarkeşlik edirdim".
Qeyd edək ki, bir müddət əvvəl Ramil Mustafayev futbol üzrə Azərbaycan yığmasına dəvət alıb.