Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''O xanımı mənim adımdan piar etməyin'' - Anar Ağakişiyev

''O xanımı mənim adımdan piar etməyin'' - Anar Ağakişiyev

Tarix: 1 Fevral 2022 09:50

Stilist Anar Ağakişiyev aparıcı Nanə Ağamalıyeva söz atması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, stilist bu barədə İnstaqramın hekayə bölməsində danışıb:

"Bilmirəm hansı məlumata əsaslanırsınız, amma o xanımı mənim adımdan piar etməyin. O xanımın əgər reklama ehtiyacı varsa, onu başqa adamla etsin".

Qeyd edək ki, bir neçə gün əvvəl Nanə Ağamalıyevanın ATV kanalından gedəcəyi bildirilirdi. Buna səbəb isə A.Ağakişiyevə telekanalın efirinə çıxan aparıcıların saç və makiyajına nəzarət etməsi tapşırılması idi.

Telekanalın mətbuat katibi Ozal İbrahimli isə açıqlamasında yayılan məlumatın əsassız olduğunu bildirmişdi.


Etiketlər:  xanımı mənim adımdan piar etməyin Anar Ağakişiyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ