Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən çox qazanan futbolçuları bəlli olub - SİYAHI

Dünyanın ən çox qazanan futbolçuları bəlli olub - SİYAHI

Tarix: 1 Fevral 2022 13:56

Dünyanın ən çox qazanan futbolçularının adları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Britaniya "Radio Times"i ilk "10-luq"da qərarlaşan oyunçuları araşdırıb.

Hesablama oyunçuların maaşına əsasən aparılıb. Cədvələ PSJ-nin iki futbolçusu başçılıq edir. Lionel Messi həftəlik 960 min funt sterlinq məvaciblə zirvədə qərarlaşırsa, onu komanda yoldaşı Neymar izləyir. İlk "üçlüy"ü vaxtilə bu cütlüklə "Barselona"da çiyin-çiyinə çıxış edən Luis Suares qapayır.

1. Lionel Messi (PSJ) - 960 min funt sterlinq
2. Neymar (PSJ) - 606 min
3. Luis Suares ("Atletiko") - 575 min
4. Qaret Beyl ("Real") - 500 min
5. Kilian Mbappe (PSJ) - 410 min
6-7. Kriştiano Ronaldo ("Mançester Yunayted") - 385 min
Kevin De Bruyne ("Mançester Siti") - 385 min
8. David De Xea ("Mançester Yunayted") - 375 min
9. Antuan Qrizmann ("Atletiko": "Barselona"da icarədədir) - 356 min
10. Robert Levandovski ("Bavariya") - 350 min


Etiketlər:  Dünyanın çox qazanan futbolçuları bəlli olub SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ